Tanınmış aktrisa Merve Boluğur ailə həyatı qurur.
Lent.az xəbər verir ki, bu barədə "gazetemagazin" səhifəsi məlumat verib.
Bildirilir ki, keçən həftələrin birində sevgilisi Mert Aydınla nişanlanan aktrisa oktyabrın 2-si toy edəcək. Toy məclisi Fuat Paşa adlı villada baş tutacaq.
Merve Boluğur müğənni Murat Dalkılıçla 2015-ci ildə ailə qurub 2 ildən sonra boşanıblar.
O, "Muhteşem Yüzyıl" serialındakı Nurbanu sultan obrazı ilə yadda qalıb.
Merve Boluğur və Murat Dalkılıç
Merve Boluğur və nişanlısı Mert Aydın