Uzun illər birlikdə mahnılar bəstələyib, konsertlər verən Türkiyənin iki böyük sənətkarı Nilufer və Kayahan bir müddət küsülü qalmışdılar.
Lent.az-ın xəbərinə görə, 67 yaşlı Nilufer bu günlərdə Kayahanla küsmə səbəbi barədə danışıb.
“Mənə hirsləndi, dalaşdıq. Uğuru, şöhrəti paylaşmaq çətindir. Eqolar ortaya girəndə insan qardaşı ilə belə yola gedə bilmir. Bir-birimizi qısqanırdıq. İkimiz də duyğularımızla hərəkət edən insanlar idik. İkimiz də inadçı idik və buna görə küsülülüyümüz uzandı. Halbuki bir-birimizi çox sevərdik. Onun dəri xərçənginə yoluxduğunu eşidən kimi yanına getdim, barışdım. Sonra daha tez-tez görüşməyə başladıq. Kayahan bənzəri olmayan sənətkar idi”, - deyə müğənni bildirib.