İkinci dəfə oğlunu evləndirməyə hazırlaşan Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimin ilk evliliyinin uğursuz olması barədə danışıb.
Lent.az-ın məlumatına görə, müğənni "Tarixin bir günü" verilişində deyib:
"Bu haqda danışmaq istəmirəm. Elə bil ki, bu ölkədə bir mənim oğlum boşanıb. Minlərlə boşanan var. Bunu böyük hadisə etdilər. Elə bilirlər mən edirəm. Yazırlar ki, Mətanət xanım, bəsdirin.
Mən nə edim? Bu haqda heç danışmaq istəmirəm. Edənlər edirlər. Məqsədləri nədirsə, Allah bilsin. Nəvələrim yanımda, hər şey yaxşıdır. Zaman hər şeyi göstərəcək".
Qeyd edək ki, Kərim 3 övladının anası Canana ilə qalmaqallı şəkildə boşanıb. O, övladlarını anasından alıb. Bir neçə gün əvvəl isə M.İsgəndərli oğlu üçün ikinci dəfə elçi gedib.