Nazilə Səfərli ərindən nələr danışdı – Məni kim saxlayardı?
09 fevral 2024 10:49 (UTC +04:00)

Nazilə Səfərli ərindən nələr danışdı – Məni kim saxlayardı?

Tamada şairə Nazilə Səfərli həyat yoldaşı barədə maraqlı fikirlər səsləndirib.

“Mənim ərim çox rahat adamdır. Yağışda adam evdə necə rahat-rahat oturarsa, o da elə oturur”,- deyə o bildirib.

 Lent.az-ın xəbərinə görə, Səfərli ərinin ona yeganə dəstəyinin nə olmasından da danışıb.
“Kişi var qadına mane olur. Onun mənə tək dəstəyi o olub ki, mane olmayıb. Bu yerə gəlib çıxmağımın səbəbkarı odur. Əlimi-ayağı tutmayıb, məni istismar eləməyib. Yoxsa məni kim saxlayardı? Müğənnilər tanıyıram ki, toydan gələn kimi ərləri tutub pullarını əllərindən alır, aparıb içkiyə, pis vərdişlərə xərcləyir. Mənim ərim elə olmayıb. Allah ondan razı olsun, məni əsəbiləşdirmir.”,- deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 28926
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar