Nazilə: “Dua edirəm ki, Fatimə gec üzr istəsin”
20 noyabr 2023 17:08 (UTC +04:00)

Nazilə: “Dua edirəm ki, Fatimə gec üzr istəsin”

Şairə Nazilə Səfərli  telekanallardan birinə verdiyi açıqlama ilə diqqət çəkib.

Lent.az-ın xəbərinə görə, o məhkəməlik olduğu rəqqasə Fatimə Fətəliyeva ilə  barışmadığını bildirib.

“O insanla niyə barışmalıyam ki? Artıq boğazıma qədər dirəndim. İnsan nə qədər zərbə yeyər. O dalaşır, ağzına gələni deyir, rəqqasə Fatimə Fətəliyevaya məhkəmədə qalib gəldim. Fatimə hələ də məndən üzr istəməyib. Dua edirəm ki, Fatimə gec üzr istəsin. Onu Azərbaycan qanunları ilə bənd-bənd tanış etmək istəyirəm”. 

Qeyd edək ki, Nazilə Səfərli məhkəmədə Fatimə Fətəliyevadan 50 min təzminat istəyib. Qərara əsasən, rəqqasə qarşı tərəfdən üzr istəməli və 500 manat təzminat ödəməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5934
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar