Türkiyəli müğənni Mustafa Ceceli Bakıya səfəri zamanı "Şourum" verilişinin əməkdaşına hücum edib.
Lent.az xəbər verir ki, ifaçı hava limanında müsahibə alan müxbirin çəkilişinə imkan verməyib.
Avtomobili gec gələn sənətçi əsəbiləşib.
Ceceli təşkilatçıya olan qəzəbini müxbirdən çıxıb, kameraya hücum edib.
Qeyd edək ki, türkiyəli müğənni "Konqres mərkəzi"ndə keçiriləcək konsert üçün Bakıya gəlib.