Musiqiçilər mahnıları niyə yüksək səslə dinləyirlər? - ARAŞDIRMA
30 dekabr 2022 12:59 (UTC +04:00)

Musiqiçilər mahnıları niyə yüksək səslə dinləyirlər? - ARAŞDIRMA

Alimlər müəyyən ediblər ki, musiqiçilər musiqiyə adi insanlardan daha yüksək səslə qulaq asırlar.

Lent.az xəbər verir ki, Mançester Universitetindən bir qrup tədqiqatçı müəyyən edib ki, musiqiçilər qeyri-peşəkar musiqi ilə məşğul olanlara nisbətən daha yüksək səslə musiqi dinləyirlər. Tədqiqatın nəticələri “PLOS ONE” jurnalında dərc olunub.

Təcrübə üçün yarısı musiqiçi olmaqla 34 könüllü cəlb edilib. Onların hamısı eşitmə testindən keçib və anket doldurublar.

Təcrübənin bir hissəsi olaraq, onlardan altı fərqli mahnını istədikləri səs səviyyəsində dinləmələri istəndi. Alimlər daha sonra səs səviyyələrini müqayisə ediblər və bu sınaq iki dəfə təkrarlanıb.

Məlumatları təhlil etdikdən sonra alimlər müəyyən ediblər ki, musiqiçilər qeyri-musiqiçilərə nisbətən daha yüksək səslə, xüsusən də bəyəndikləri mahnını dinləyərkən daha yüksək səslə dinləyirlər.

Alimlər bunun beynin sol və sağ yarımkürələrinə musiqinin nə qədər həzz verməsi ilə əlaqədar ola bilməsi qənaətinə gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2241
avatar

Nigar Namiq

Oxşar yazılar