Musiqi tarixinin  ən böyük   konserti: 4 milyondan çox tamaşaçı   gəlib
23 mart 2024 13:37 (UTC +04:00)

Musiqi tarixinin ən böyük konserti: 4 milyondan çox tamaşaçı gəlib

Bu konsert musiqi tarixində ən böyük konsert olub, onu 4 milyondan çox insan izləyib.

Lent.az bu günə qədər ən möhtəşəm sayılan konsertlər barədə məlumat verir.

1994-cü ilin son günündə Rio-de-Janeyronun əsas çimərliyində öz kütləvi miqyası ilə bəşəriyyəti heyran edən bir hadisə baş verdi.

Söhbət britaniyalı musiqiçi Rod Stüartın konsertindən gedir.

Əfsanəvi ifaçının canlı ifasına 4 milyondan çox tamaşaçı şahid olub. Konsert musiqi tarixində ən kütləvi konsert statusunu alıb. 30 il keçsə də bu rekord hələ də qırılmayıb.

İkinci ən populyar konsert Fransadan olan multiinstrumentalist Jan-Mişel Jarrenin 2,5 il sonra baş tutan konserti olub.

Tədbir 1997-ci ilin payızında Moskva Dövlət Universitetinin binası yaxınlığında keçirilib. Konsertə 3 milyondan çox insan gəlib.

1985-ci ildə Sidneydə "Queen" kult rok qrupunun çıxışına 2 milyondan çox tamaşaçı qatılıb.

Rod Stüartın konsertinin keçirildiyi Kopakabana çimərliyi daha bir kütləvi tədbirin keçirildiyi məkana çevrildi: 2006-cı ildə məşhur "The Rolling Stones" musiqi qrupunun çıxışına təxminən bir milyon yarım insan gəldi.

# 3645
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar