Müğənnilərimiz arasında "İQ" QALMAQALI
17 may 2022 13:16 (UTC +04:00)

Müğənnilərimiz arasında "İQ" QALMAQALI

Dünyanın inkişaf etmiş əksər ölkələrində tanınmışlar sənətləri ilə gündəmə gələndə, bizimkilər qalmaqalları ilə diqqət çəkirlər. 

Bu dəfə biri-birilərinə atmaca atanlar müğənni Elza Seyidcahan və həmkarı Səidə Sultandır. 

Lent.az xəbər verir ki, bir neçə müddətdir müğənnilər arasında davam edən söz-söhbət yenidən alovlanıb. 

Belə ki, Səidə ifaçının dediyi sözlərə belə cavab verib:

"İQ" nə vaxtdan "qədeş bala" sözü olub? Bilən var? Elza xanımdan soruşublar, deyir intellektual xanımam, "qədeş bala" sözləri bilmirəm”.

Xatırladaq ki, ifaçılar arasında qalmaqal Elza Seyidcahanın Səidənin geyiminə irad bildirməsi ilə başlayıb. Səidə qarşı tərəfi əqli zəifliklə ittiham edərək bu sözləri işlədib:

"İQ"sü 70 faiz olandır. Ondan 90 faiz gözləyirsiniz? Hamıda 90 faizdir, 70 faiz artıq əqli zəiflik, çatışmazlıqdır".

Seyidcahan isə “Qədeş söhbətləri" mənlik deyil" cavabını verib. 


 

# 4011
avatar

Fidan İlqar

Oxşar yazılar