Müğənni Zamiq Hüseynov toy məclislərindən aldığı yüksək qonorar barədə danışıb.
Lent.az-ın xəbərinə görə, şou-proqramlardan birində toya ansamblla birlikdə 10 min manata getdiyini bildirib.
"Əgər mənim apardığım toyda iştirak etsəniz, deyərsiniz ki, sizin üçün 10 min manat azdır, 40-50 min manat al. 7 min manat mənim musiqi heyətimin qonorarıdır, bahalı aparaturamız var. Özümə bu puldan 3 min manat qalır", - o bildirib.