Müğənni İbrahim Borçalının ötən il iyulun 18-də avtomobil qəzasında həlak olan oğlu Rəhimin qəbirüstü abidəsi hazırlanıb.
Lent.az bildirir ki, bu haqda müğənni özü sosial media hesabından məlumat verib.
O, paylaşımında “Bir il necə də tez keçdi, elə bil bir ay keçib”,- qeydini edib.
Müğənni İbrahim Borçalı
Növbəti paylaşımında isə “İnsan həmişə harasa tələsir. Elə deyirik, bu gün keçsin, sabah da keçsin... Elə bilirik, nəşə yaxşı bir gün gələcək... Amma elə yaxşı gün bu gün yaşadığın gündür. Sabah bilmirsən səni nə gözləyir" sözlərini yazıb.
Qeyd edək ki, ifaçının oğlu ötən il Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişmişdi.