Müğənni Kərim Abbasov qatıldığı proqramlardan birində ailə həyatı barədə danışıb.
Lent.az-ın xəbərinə görə, 13 il ailəli olduğu xanımı çox sevdiyini deyib.
“İndi qocalmışam, bir az tısım-pısım yatıb. O küsüb gedirdi atası evinə, mən də deyirdim, dalınca getməyəcəm. Amma kişilərin forsu bir həftə çəkir də. Sonra görürsən o deyil, nəsə çatışmır.
Dəfələrlə olub, könlünü almaq üçün ona mahnı bəstələmişəm. Mən onun üçün bahalı hədiyyəyəm. O da mənim üçün çox dəyərlidir. Övladımın anasıdır, bunu qoyaq bir kənara, özünü sevirəm”, - o bildirib.