Müğənni Dənizə qarşı yarım milyon  DƏLƏDUZLUQ
08 dekabr 2022 15:08 (UTC +04:00)

Müğənni Dənizə qarşı yarım milyon DƏLƏDUZLUQ

Tanınmış müğənni Dəniz Əsədovaya qarşı dələduzluq olub.

Bu barədə Lent.az-a açıqlamasında ifaçının özü məlumat verib. O bildirib ki, ayrı-ayrı vaxtlarda bir neçə şəxs ondan külli miqdarda pul mənimsəyiblər:

"Dörd il əvvəl müxtəlif xəstəxanalarda rəhbər vəzifələrdə çalışan Rauf, Rüfət, Mehparə, Şahin və Eldəniz adlı məmurlar iş görmək adı ilə məndən 500 min manatdan yuxarı pul alıblar. Onu da bildirim ki, bu şəxslərin bir-biri ilə əlaqələri var. Məsələ ilə bağlı polisə müraciət olunub. Hətta məndə maddi sübut kimi pul aldıqlarını etiraf edən səs yazıları da var. Hələ ki, bir nəticə əldə edə bilməmişəm. Həmçinin onların barələrində şikayət ərizələri də müvafiq polis şöbələrinə təqdim olunacaq ".

Onu da qeyd edək ki, daha öncə Dəniz Əsədovanın evində xadimə işləyən qadının 21 min manatlıq oğurluq etdiyi anların kamera görüntülərini təqdim etmişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5541
avatar

Nigar Namiq

Oxşar yazılar