Bakıda tanınmış müğənninin evinə girən oğru  KAMERALARA DÜŞDÜ
01 noyabr 2022 18:35 (UTC +04:00)

Bakıda tanınmış müğənninin evinə girən oğru KAMERALARA DÜŞDÜ

Müğənni Dəniz Əsədova evindən oğurluq edən şəxsin görüntülərini yayıb. 

Kamera görüntülərini Lent.az-a təqdim edən müğənni işin araşdırılmasından narazılığını ifadə edib:

"Oğurluq hadisəsi aprelin 16-sı baş verib. Hadisəni də evimdə xadimə işləyən Minayə Mirzəzadə törədib. Evimdən qızıl-zinət əşyalarım, çantalar, səhnə geyimlərim, bahalı ayaqqabılarım və mənə məxsus digər əşyalarım oğurlanıb".

D.Əsədova qeyd edib ki, hadisəni törədən xadimə seçki dairələrindən birinin sədri ilə sevgi münasibətləri yaşayır: "Həmin adam onu himayə edir. Buna görə də polis xadiməyə cinayət işi açmır. Guya iddia edirlər ki, mənə dəymiş zərər 500 manatdan azdır. Lakin mənə ümumilikdə 21 min manatdan çox zərər vurulub. Daxili İşlər Nazirliyindən xahiş edirəm ki, işi Xətai polisindən alıb Bakı şəhər Baş Polis İdarəsinə versin".

DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, məsələ araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.

Lent.az hadisə anının görüntülərini təqdim edir: 

Dəniz Əsədovanın evindən oğurluq edildiyi anların kamera görüntüləri

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8778
avatar

Nigar Namiq

Oxşar yazılar