Monarxların ağlını başından almış  məşuqələr
05 iyun 2023 15:10 (UTC +04:00)

Monarxların ağlını başından almış məşuqələr

Lent.az Avropa tarixində kralların həyatında böyük rol oynamış qadınlar, daha doğrusu, kralların sevgililəri barədə maraqlı məlumatı təqdim edir.

Markiza de Pompadur qeyri-adi dərəcədə cazibdar qadın idi. Ərdə olmasına baxmayaraq, kral XV Lüdoviklə tanış olmaq istəyirdi. Bu arzusuna çatdıqdan sonra Lüdovikin bir nömrəli məşuqəsinə və sağ əlinə çevrilir. Kral siyasətlə məşğul olmadığına görə onun bir çox işlərini Markiza de Pompadur həll etməyə başlamışdı. Sarayın kadr siyasəti onun əlindəydi.

Luizza de Lavalyer əsla gözəl deyildi. Bununla belə, şirin söhbətləri və mehribanlığı ilə hər kəsi özünə bağlaya bilirdi. Elə buna görə kral XIV Lüdovikin ağlını başından ala bilmişdi. Kral onu özünün baş məşuqəsi elan etmiş, onun xətrinə Versal sarayını genişləndirmiş və restavrasiya etdirmişdi. Hətta, Luizaya malikanə də bağışlamışdı. Lakin kralın ona marağı ölən kimi qızı monastıra sürgün edib.

Anna Boleun VIII Henrinin sevimlisi idi. O da nə gözəl, nə də füsunkar sayılmazdı. Kral ona diqqət göstərməyə başlayanda qız öncə qaçmış, yaxın durmaq istəməmişdi.

Kral ona sahib olmaq üçün arvadını boşayıb, Anna ilə evlənmişdi. Anna kraliça olduqdan sonra sərt üzünü göstərmişdi. Kralın daha sərt idarəeetmə stilinə keçməsini xalq və əyanlar Annayla əlaqələndirirdi və onu krala cadu etməkdə ittiham edirdilər. Bu şaiyələr kralın Annadan şübhələnməsinə səbəb oldu və o hamilə olmasına baxmayaraq arvadını edam etdirdi.

Barbara Vilyers kral II Karlla Niderlandda tanış olmuşdu. Baxmayaraq ki, ərdə idi, o sürgündə olan kralla sevgi macərasına başlayır. Kral Londona döndükdən sonra Barbaranı da özü ilə gətirir və Barbara ömrünün sonuna qədər sarayda böyük nüfuz sahibi olur. O siyasi işlərə qarışır, diplomatlardan rüşvət tələb edərək işlərini həll edirdi.

Anna Mons tacir qızıydı. Həddən artıq gözəl olan bu qız 20 yaşı olarkən Rusiya çarı Pyotru valeh edir. Pyotr onu o qədər sevmişdi ki, öz arvadını monastra göndərib, Annaya evlənmək istəyirdi. Pyotru sevməyən Anna terzliklə saray intriqalarına qurban gedir və həbs olunur. Ev dustaqlığı yaşayan Annaya Prussiya diplomatı aşiq olub, onu Pyotrun zülmündən qurtara bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2337
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar