Əməkdar artist Mətanət İsgəndərli plastik əməliyyat etdirəcək. Lent.az-ın məlumatına görə, müğənni bu barədə "Ən yaxşısı" verilişində danışıb:
"Qızım Ülkərin qorxusundan tərəziyə çıxmıram. Özüm də qorxuram. Çıxsam, depressiyaya düşəcəm. Getdim həkimə ki, piylərimi kəsdirim. Mədə əməliyyatına getmərəm. Bədən korreksiyası etmək istəyirəm. Həkim də dedi gəl, nə lazımdır edəcəyik. Gəldim evə, qızımın xəbəri yoxdur. Bilsə, məni öldürəcək. Deyir ki, pəhrizlə arıqla.
Bir dəfə pəhrizlə 35 kiloqram çəki atmışam. 57 kiloqram olduğum an olub. Qızımın paltarını geyinirdim. Bir də həkim dedi ki, yayda etmək olmaz, karset geyindirirlər, ürəyin partlayar.
Ümumiyyətlə xanımlara demək istəyirəm ki, indi pəhriz saxlamasınlar. Arıqlayanda immunitetim düşür. Koronavirus bitsin, arıqlayarıq".