Məşhur repçinin  50 milyon   borcu var
30 noyabr 2022 19:01 (UTC +04:00)

Məşhur repçinin 50 milyon borcu var

Dünya mediasında çoxlu qalmaqallarla yadda qalan dünya şöhrətli repçi Kanye Uestdən yeni xəbər var.

Lent.az xəbər verir ki, onun 50 milyon dollarlıq vergi borcu olduğu üzə çıxıb. Bundan başqa, 75 milyon dolları qalan ifaçının bank hesabları dondurulur. 

Repçi mediaya açıqlamasında deyib ki, o, maliyyə cəhətdən savadlı biri deyil:

"Həqiqətən də, pul saymağı öyrənəcəyəm. Etiraf etməliyəm ki, maliyyəni yaxşı bilmirəm. Əvvəllər pulu hara qoyacağımı belə bilmirdim". Hip-hop sənətçisi həmçinin borclarını dəqiqləşdirmək və mütəxəssislər ilə məsləhətləşmək üçün altı saat sərf etdiyini vurğulayıb.

Qeyd edək ki, keçmiş həyat yoldaşı Kim Kardaşyanla bu il rəsmən boşanan Kanye Uest oktyabr ayında "Adidas" brendi ilə əməkdaşlığı dayandırdığı üçün milyarder statusunu itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3591
avatar

Nigar Namiq

Oxşar yazılar