Türkiyəli müğənni Gökselin Harbiye Cəmil Topuzlu Açıq Səhnəsində təşkil olunmuş konsertində gözlənilməz hal yaşanıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, konsert zamanı ön sırada protokol üçün təyin edilmiş yerlərdə oturan iki nəfər atəşfəşanlıq nəticəsində yaralanıb.
Biri əlindən, digəri başından yaralanan 2 şəxs təcili xəstəxanaya çatdırılıb. Yaralılananların səhhətlərinin yaxşı olduğu bildirilib.
Göksel öz sosial şəbəkə hesabında konsert barədə “ölümdən döndük” şərhini yazıb.