Ukraynalı müğənni Vera Brejnevanın keçmiş həyat yoldaşı, iş adamı Mixail Kiperman Ukraynada axtarışa verilib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, sənətçinin keçmiş əri və qızı Saranın atası oğurluqda və elektrik enerjisi satmaqda günahlandırılıb. Kipermanı 12 ilə qədər həbs gözləyir.
“Kiperman elektrik enerjisinin oğurlanması və onun satışından əldə edilən pulların yuyulması işində iştirak edib. O, təxminən 19 milyon dollar məbləği xarici şirkətlərinin hesabına köçürüb”, - mənbə bildirib.
2022-ci ilin fevral ayında sahibkar Cenevrəyə köçüb.
Brejneva və Kiperman 2006-cı ildə evləniblər. Altı il sonra cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.