Məşhur müğənni  səkkizinci dəfə   əməliyyat olundu
03 noyabr 2023 17:57 (UTC +04:00)

Məşhur müğənni səkkizinci dəfə əməliyyat olundu

Türkiyəli məşhur müğənni Murat Dalkılıc səkkizinci dəfə burnundan əməliyyat olunduğunu bildirib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, müğənni uşaq vaxtlarından bu yana burnunda estetik əməliyyatlar olunduğunu söyləyib.

40 yaşlı müğənni artıq burun əməliyyatları etdirməkdən yorulduğunu bildirib.

İndi onu işin estetik yox, sağlamlıq tərəfi daha çox maraqlandırır. Lakin həkimlər əvvəlki əməliyyatlarda götürülən burun qığırdaqlarını bərpa etməkdə çətinlik çəkirlər.

# 8721
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar