Məşhur müğənni səhnədə Azərbaycan bayrağını dalğalandırdı - VİDEO
16 iyul 2024 14:47 (UTC +04:00)

Məşhur müğənni səhnədə Azərbaycan bayrağını dalğalandırdı - VİDEO

Türkiyəli məşhur müğənni Aydilge səhnədə Azərbaycan bayrağını dalğalandırıb.

Lent.az xəbər verir ki, "Quality Event"in 13 İyul tarixində Türkiyə və Azərbaycanın sevilən səhnə ulduzlarının iştirakı ilə izləyicilərə unudulmaz anlar yaşadıb. 

Seçilmiş ifaçılarla yanaşı möhtəşəm dj şou, rəqs göstəriciləri insanların marağına səbəb olub. Festivalda Türkiyənin məşhur ulduzları Emre Aydın, İlyas Yalçıntaş, Can Ozan, Mert Aydın, Aydilge, ilə yanaşı Rəsul Əfəndiyev və Elvin Babazadə bir- birindən gözəl ifalarla iştirakçıları əyləndirib. 

Aydilge çıxışı zamanı səhnədə Azərbaycan bayrağını dalğalandırıb. Həmin görüntüləri təqdim edirik:

Saat 3 də açılışı edən konsert saat 01:00-a qədər davam edib. Qeyd edək ki, EGP arenada 8000 izləyici bu festivalı izləmək üçün bir araya gəlib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609
avatar

Fidan İlqar

Oxşar yazılar