Məşhur müğənni  "alkaş"   imiş
13 iyul 2023 16:02 (UTC +04:00)

Məşhur müğənni "alkaş" imiş

0

Rusiyalı müğənni Maksim alkoqolizm asılılığından əziyyət çəkirmiş.

Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədəki hesabında Makism özü məlumat verib.

O, hazırda alkoqolizmdən müalicə almaq üçün özəl klinikalardan birinə yerləşdiyini söyləyib.

“Səhnədə güclü olmaq üçün içki içirdim. Amma belə olmadı. Konsertlərimdən birində yıxılanda düşündüm ki, müalicə almaq lazımdır”,- deyən müğənni əlavə edib ki, ailəsi və dostları onu dəstəkləyir.

O, tamaşaçılarının bu vəziyyətə anlayışla yanaşacağına ümid etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4336

Oxşar yazılar