Türkiyəli məşhur müğənni Hande Yener 5 gündə 4 kilo arıqlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mahnıları, ifası və səhnə geyimləri ilə danışılan Hande Yener konsert proqramı ilə diqqət çəkib. Konsertlərində 5 fərqli libas geyinən müğənni ümumilikdə 9 saat səhnədə qalıb. İynə-ipliyə dönən Hande Yener sosial mediada bədən quruluşu ilə çox danışılıb. Onu görən hərkəs heyran qalıb.