Amerikalı pop ulduz Britni Spirs müğənni Castin Timberleyklə sevgili olarkən uşaq abort etdirməsindən yazıb.
Lent.az-ın xəbərinə görə, bu barədə o öz memuarında xüsusi bir qeyd verib. Həmin qeyd “People” jurnalında dərc olunub.
Britni bildirib ki, əgər həmin uşağı əməliyyat yolu ilə götüzdürməsəydi, 19 yaşında ana ola bilərdi. Lakin Timberleyk uşağı istəməyib.
“O mənim hamilə olmam barədə xəbəri sərt qarşıladı. Bildirdi ki, valideyn olmağa hazır deyilik. Çox gənc idik. Ümid edirəm, insanlar bu qərarı verdiyimə görə, mənə nifrət etməyəcəklər. Bilmirəm bu doğru, yoxsa səhv qərar idi”, - 41 yaşlı Britni etiraf edib.