Məşhur moda evi özünə 90 mərtəbəli bina  alıb
08 aprel 2024 10:52 (UTC +04:00)

Məşhur moda evi özünə 90 mərtəbəli bina alıb

“Dolce & Gabbana” moda evi Mayamidə Nyu-York memarlıq studiyası ilə birgə yaradılmış yeni göydələnin şəkillərini yayımlayıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Mayami şəhərinin mərkəzində ,Brickell rayonunda yerləşən 90 mərtəbəli qüllənin hündürlüyü 320 m-ə çatacaq. 888 Brickell adlı göydələndə Dolce & Gabbana tərəfindən layihələndirilən 259 rezidensiya, restoran və barlar, həmçinin hovuz terrası, tədbir sahəsi, fitness  və spa mərkəzi yer alacaq.

Layihənin 2028-ci ildə tam başa çatdırılması gözlənilir.

# 2229
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar