Klarnet ustası Hüseyin Məhəmmədoğlu şou-proqramlardan birində toyda başına gələn maraqlı əhvalatı danışıb.
Lent.az klarnetçinin Kürdəmirdə başına gələn hadisəni təqdim edir.
“Yayın istisində Kürdəmirdə "palatka" toyundayıq. İstidən nəfəsimiz kəsilib, di gəl, millət də rəqs eləməkdən doymur. Bir nəfər yaxınlaşdı, stolun üstünə 50 manat atıb dedi ki, “Tahir” mahnısını çal. Biz də fikirləşirik, "Tahir" mahnısı nədir, hansı mahnıdır. Başqa şey çalırıq, adam bir də qayıdıb eyni şeyi istəyir.
Axırda barmağından qızıl üzüyünü çıxarıb dedi ki, ayə sizə demirəmmi "Tahir"i çalın. Dedik, ay qardaş, bu "Tahir" mahnısından bir cümlə oxu, bilək, görək nəyi deyirsən. Başladı oxumağa, “sən Tahiri küsdürmüsən”. Heç deməyəsən “Bala Nərgiz” mahnısını istəyirmiş, mahnıdakı “Sən Tahiri küsdürmüsən, qol qanadın sındırmısan” hissəsi yadında qalıb. Mahnını çıxıb öz adına. Adamın da adı Tahir imiş”,.