Baş rollarda türkiyəli məşhur aktyorlar Timuçin Esen və Şevket Çoruhun çəkildiyi "Tetikçinin oğlu" serialında aktyorlar arasında soyuq münasibətlər olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, serialının çəkiliş meydançasında iki aktyor arasında bəzən gərgin anlar yaşandığı iddia edilib.
Şevket Çoruh Timurçin Esenin ssenaridəki dialoqlardan tutmuş məkan seçiminə qədər istədiyi hər şeyi etdirməsindən narahat olub. Timuçin Esenin serialı Bodrumda çəkməyə qərar verməsi də gündəmdə idi.
Qısa müddətdə sosial mediada iki baş rol ifaçısı ilə bağlı mübahisə xəbəri danışılmağa başlayanda Şevket Çoruhun şərhi gecikməyib. Serialdakı ləhcəsi ilə paylaşıma münasibət bildirən Çoruh, "Hıhıh, nə oldu, heç xəbər vermirsən" deyərək iddianı təkzib edib.