Hollivud ulduzu Conni Depp yerli studiyaların “birdəfəlik” filmlərini tənqid edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, son müsahibəsində Hollivudu büdcəyə işləyən, lakin mənası olmayan, tez unudulan filmlər çəkdiyinə görə “yıxıb sürüyüb”.
“Bu filmlər birdəfəlikdir və insanlar bunu başa düşürlər. Bu filmlərin büdcələri gülüncdür. İki çox məşhur aktyora milyonlar verib pullar tökürlər, filmə bir dəfə baxıb doyursan. Bu əsl sənət deyil”, - o qeyd edib.
O, insanların artıq belə filmlərdən bezdiyi fikrini bildirib. Eyni zamanda, Depp Hollivudu tənqid etdiyinə görə peşman olmadığını, Hollivud filmlərində iştirak edərək böyük kinoya qayıtmağı planlaşdırmadığını deyib. Aktyor hesab edir ki, Hollivud filmləri artıq tənəzzülə uğrayıb.
Qeyd edək ki, Conni Depp arvadı ilə qalmaqallı boşanmadan sonra iftiraya uğramış, buna görə Hollivudda ona qarşı sanskiyalar tətbiq edimişdi. Aktyor uzun illər sonra filmə Britaniyada çəkilərək yenidən karyerasına davam edib.