Kanal D ekranlarında yayımlanan “Yarqı” serialının baş qəhrəmanı Savcı Ilqaz rolunu canlandıran Kaan Urgançıoğlu geyimləri barədə danışıb.
Lent.az-ın məlumatına görə, aktyor geyimlərin enerjisinə inandığını bildirib.
“Geyimlərimin enerjisi var. Bəzən sırf uyğun geyim tapa bilmədiyimə görə evdən çıxmıram. Mənim üçün zövqlə geyim 3 fərqli rəngdəki libası uyğunlaşdırmaq bacarığıdır. Bu tez- tez paltar alıram anlamına gəlməz. Hətta, evdə 30 ildən qalma libaslarım da var”,- deyə o qeyd edib.
Aktyor əvvəllər xəyal qırıqlığına uğramamaq üçün insanlara güvənmədiyini, kimsəyə ağız açmadığını desə də, indi ətrafındakılardan yardım istəməyi sevdiyini deyib. “Özümüzə və başqalrına dəyişmək azadlığı verməliyik”,- deyə o vurğulayıb.