Türkiyəli məşhur aktrisa Rabia Soytürk Taylandda tətili zamanı çəkdirdiyi fotoları ilə böyük marağa səbəb olub.
Lent.az xəbər verir ki, Soytürkün fillə çəkdirdiyi pozalar sosial mediada diqqət çəkib və rekord bəyənmə alıb.
Rabia Soytürk son dövrün ən diqqət çəkən adlarından biri kimi önə çıxır. Məşhur aktrisa tətil üçün üstünlük verdiyi Taylanda yollanıb və bikinili pozalarını paylaşıb. Ancaq diqqətəlayiq kadrlar təkcə dəniz kənarındakılar deyil, həm də fillə olan xatirələr idi.
Məşhur aktrisa filin burnuna oturduğu, kürəyinə söykəndiyi, hətta öpüb qoxusunu duyduğu anları sosial media hesabında “Ən yaxşı günüm idi” qeydi ilə izləyiciləri ilə bölüşüb.