Türkiyəli məşhur komediya ustası, aktrisa Gupse Ozay özü barədə maraqlı açıqlama verib.
Lent.az-ın xəbərinə görə, o sevgisini dişləməklə izhar elədiyini, çox sevdiyi insanları mütləq dişlədiyini bildirib.
“Qadın, kişi, fərq etməz, birisini çox sevdimsə, qolunu, çiynini, hətta başını da dişləyirəm. Uşaqkən bu xasiyyətimdən doğmalarım əziyyət çəkirdilər. Hamısını dişləyirdim. Qardaşımı çox dişləmişəm. Pişiyimi, itimi də dişləyirdim”,- deyə o qeyd edib.