Məşhur türkiyəli teatr və kino sənətçisi Ayten Gökçer 84 yaşında dünyasını dəyişib.
Lent.az xəbər verir ki, aktrisa 1960-cı illərdən bu yana bir çox tamaşa və filmlərdə rol alıb.
Ayten Gökçer “Taçsız kral”, “501 numaralı hücre”, “İçli kız Funda”, “Damdakı kemancı”, “Anneler günü”, “IV. Murat”, “Bağdat hatun”, “Önce Canan”, “Elif Ana”, “Hoşçakal Güzin”, “İstanbul kırmızısı” kimi filmlərdə, “Yılan hikayesi”, “Boss kim” və “Çat kapı” kimi seriallarda unudulmaz obrazlar yaradıb.