Məşhur aktrisa Türkiyə zəlzələsində  əmisini itirdi
11 avqust 2025 12:02 (UTC +04:00)

Məşhur aktrisa Türkiyə zəlzələsində əmisini itirdi

Məşhur aktrisa Eylül Tumbar, Balıkəsirin Sındırgı rayonunda baş verən 6,1 bal gücündəki zəlzələdə əmisini itirib.

Lent.az xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb.

Xəbər verdiyimiz kimi, Türkiyənin Balıkəsir bölgəsindəki Sındırgı rayonunda 6,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ İstanbul, Bursa, Balıkəsir, Kocaeli və ətraf vilayətlərdə də hiss olunub. Bu zəlzələdən sonra bölgədə ard-arda afterşoklar qeydə alınıb. Daxili İşlər Naziri Yerlikaya, Balıkəsirdəki zəlzələdə dağıntılar altından çıxarılan 81 yaşlı bir vətəndaşın bütün tibbi müdaxilələrə baxmayaraq xilas edilə bilmədiyini bildirib.

KÖMƏK İSTƏDİ

Məşhur aktrisa Eylül Tumbar, zəlzələdən sonra dağıntılar altında qalan qohumları üçün sosial şəbəkə hesabından kömək istəyib. Lakin bir qədər sonra aktrisa əmisinin həyatını itirdiyini öyrənib.

XƏSTƏXANADA HƏYATINI İTİRDİ

Üçmərtəbəli binanın dağıntıları altından çıxarılaraq xəstəxanaya aparılan şəxsin, Nihat Önbaş (81 yaş) olduğu müəyyən edilib. Onun həyat yoldaşı Hamdide Önbaşın qolunun qırıldığı öyrənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 394

Oxşar yazılar