Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez əri Ben Afflekin ona bəxş etdiyi sevgidən danışıb.
O yeni sənədli filminin təqdimat mərasimində Ben Affleklə münasibətinin ona nələr verməsindən danışanda göz yaşlarını saxlaya bilməyib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, "The Greatest Love Story Never Told" adlı yeni sənədli film Lopes ilə əri Bein eşq hekayəsindən bəhs edir.
54 yaşlı aktrisa əri haqqında yüksək fikirlər söyləyib. Cennifer ağlaya-ağlaya etiraf edib ki, Ben onun özünə inamını artırıb.
"Onun mənə dedikləri və məndə gördükləri yalnız sevgidən qaynaqlanır. Çünki başqa heç kim mənə bunu Ben Afflek kimi göstərə bilməzdi" , - o bildirib.
Cennifer etiraf edib ki, Ben diqqət mərkəzində olmaqdan "narahatdır", lakin o, yenə də onun yaradıcılıq cəhdlərini məmnuniyyətlə dəstəkləyib və hər addımda ona dəstək olub.
On illik ayrılıqdan sonra onunla yenidən görüşən Cennifer deyib: "Biz indi tamamilə fərqli insanlarıq, amma sevgimiz dəyişməyib”.