Məşhur aktrisa 39 yaşında vəfat etdi
27 fevral 2025 10:53 (UTC +04:00)

Məşhur aktrisa 39 yaşında vəfat etdi

"Gossip Girl" və "Buffy the Vampire Slayer" kimi məşhur seriallarda rol almış ABŞ-li aktrisa Mişel Traçtenberq 39 yaşında dünyasını dəyişib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa "Gossip Girl" serialında canlandırdığı Georgina Sparks obrazı ilə tanınırdı. Mişel Traçtenberqin 39 yaşında vəfat etməsi pərəstişkarlarını dərin kədərə boğub.

Son aylarda sosial media paylaşımlarında nəzərəçarpacaq çəki itkisi ilə diqqət çəkən Michelle Trachtenberg, paylaşdığı dövrdə sağlam və xoşbəxt olduğunu bildirmişdi. Son doğum gününü qeyd edərkən Instagram-da "39 və möhtəşəm parçalar" mesajını paylaşan məşhur aktrisanın ani vəfatı böyük üzüntü yaradıb.

Qeyd edək ki, Mişel Traçtenberq "Buffy the Vampire Slayer", "Six Feet Under", "House MD", "Gossip Girl" kimi bir çox məşhur seriallarda rol alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar