Hollivud ulduzu Meqan Foks psixi problemləri olduğunu və öz bədənini sevmədiyini deyib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, aktrisa böyük psixi problemlərlə mübarizə apardığını etiraf edib.
“İnsanlar məni gözəl tanıyır. Mən isə heç bir zaman özümü onların gördüyü kimi görmürəm, gözəl hesab eləmirəm. Heç bir zaman öz bədənimi sevməmişəm. İnsanların ilk görüşdə xarici görünüşümə fikir vermələrini istəmirəm. İstəyirəm ki, onlar mənim göy qurşağı rəngində olan auramı görsünlər. Çünki auram hamınınkından fərqlidir”.