Müğənni Mənzurə Musayeva, Manaf Ağayev
04 iyun 2021 10:03 (UTC +04:00)

Müğənni Mənzurə Musayeva, Manaf Ağayev

Mənzurə Musayeva Manafın CAVABINI VERDİ

Müğənni Mənzurə Musayeva qalmaqalda olduğu həmkarı Manaf Ağayevdən danışıb. Lent.az-ın məlumatına görə, Manafın efirdə olduğu “Xəbər-ətər” verilişinə zəng edən Musayeva bu sözləri deyib: 

"Bəziləri kiminsə "şot"una tanınmaq istəyir. Ona görə duet oxuyurlar. Amma Manafla mənim duet ifa etməyimdə nə var ki? Tanınmış adam digər tanınmışla oxuya bilər. Burada problem yoxdur. Lakin yeni ifaçılar bir az tanınan kimi duet oxuduqlarını saymırlar. Göz qabağındadır, hamı bilir. Yalnız etikaya görə, Manaf, ya da başqası demək istəmir. Hamı bilir ki, kim nə işə görür. Manafda mənfi nə isə görməmişəm. Demişəm ki, 80 faizi belədir. Manaf bir duet oxuyur, sonra bitir. Nəzərdə tutduqlarım isə bir-birilərindən ayrı toya gedə bilmirlər. Bir-birilərini qısqanırlar, deyirlər, mənsiz harasa getmə. Guya Manaf bilmir? O, şou-biznesdə hər şeydən xəbərdardır".
Bu zaman M.Ağayev zarafatla həmkarına bunları deyib: 
"Mənimlə duet oxuyandan sonra icazəsiz heç yerə getməyəcəksən".

Qeyd edək ki, M.Musayeva “Duet oxuyanlar sevgilidir” açıqlamasını vermişdi. O açıqlamadan sonra M.Ağayev Lent.az-a bildirib ki, Mənzurə düzgün danışmır:
“Mənzurənin sözləri düzgün deyil. Könül Kərimova ilə duet oxumuşam. Onunla sevgiliyəm? Arzu Qarabağlı ilə də duet oxumuşam. O deməkdir ki, sevgiliyik? Hansısa müğənnidən duet təklifi alırıq, səsimiz uyğun gəlir, oxuyuruq. Bunu yozmaq düzgün deyil. Onun dediyi sözlərdə həqiqət də var. Çünki bir-biriylə sevgili olan duet oxuyanlar var. Adam da var ki, bir yerdə toya getməyiblər, amma sevgilidirlər. Ümumi danışmaq lazım deyil. Mənə az fərq edir. Qorxan oğlan deyiləm”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8682

Oxşar yazılar

Xalq artistinin qolu sındı

Xalq artistinin qolu sındı

20 may 2025 , 18:21
Gökseli bu halda görənlər onu tanımadılar

Gökseli bu halda görənlər onu tanımadılar

20 may 2025 , 15:38
İzləyicilər səhnəyə dırmaşdı : Ece Seçkindən sərt reaksiya

İzləyicilər səhnəyə dırmaşdı: Ece Seçkindən sərt reaksiya

20 may 2025 , 10:42
Müğənni Mirkamil əməliyyat  olundu

Müğənni Mirkamil əməliyyat olundu

20 may 2025 , 02:41
Tanınmış aktrisa səhnədə huşunu itirdi

Tanınmış aktrisa səhnədə huşunu itirdi

19 may 2025 , 14:32
Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

19 may 2025 , 13:08
Donald Tramp məşhur müğənniyə  lağ etdi: “O, artıq seksual deyil”

Donald Tramp məşhur müğənniyə lağ etdi: “O, artıq seksual deyil”

18 may 2025 , 13:34
Türkiyədən Bakıya gələn  Nesrin Cavadzadədən yataq pozaları

Türkiyədən Bakıya gələn Nesrin Cavadzadədən yataq pozaları

16 may 2025 , 19:53