"Məni iftara dəvət etməyin" - Müğənnidən ÇAĞIRIŞ
29 mart 2024 13:58 (UTC +04:00)

"Məni iftara dəvət etməyin" - Müğənnidən ÇAĞIRIŞ

Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən həmkarlarına əsəbiləşib.

Lent.az xəbər verir ki, sənətçi bunun üçün açıqlama yayaraq, uzaq məsafəyə çağrılmasına etiraz edib:

"Qonaqlığınızı Mərdəkan, Şüvəlan, Novxanı, Nasosnu kimi yerlərə salmayın. Tıxacla gəlib çıxmaq olmur. İş, güc başlayıb. Oruc olan adam əsəbi, gərgin olur. Deyirsən, zamanı gəlsin bir su içəsən ki, özünə gələsən. Çağırırsınız uzağa. Evimdən neçədə çıxım ki, gəlib çatım? Çağırmayın məni. 3 manatlıq şorba ilə doyan adamam. 3 manatlıq şorbaya görə 40 kilometr yol sürən deyiləm".

# 4314
avatar

Oxşar yazılar