“Mənə yaxınlarımdan böyük pislik edənlər oldu” - Şəbnəm Tovuzlu
15 fevral 2024 12:27 (UTC +04:00)

“Mənə yaxınlarımdan böyük pislik edənlər oldu” - Şəbnəm Tovuzlu

“Mənə yaxınlarımdan böyük pislik edənlər oldu. Anladım ki, bu həyatda saf olmaq lazım deyilmiş. Özümü müdafiə etməyi bacarıram, amma bacarmamış kimi göstərirəm”.

 Lent.az-ın xəbərinə görə, bunu müğənni Şəbnəm Tovuzlu deyib.

“Yaxın bildiklərimin mənə vurduqları zərbələrdən xəbərdaram. Zamanı gələndə onların hamısını açıqlayacağam. 

Zərbə vuranlar evimin içindən yox, şou-biznesdəndir. Çox saflıq edirəm. Kaş ki, onlar mənim kimi böyük qəlbə sahib olsunlar. Ətrafımda tanıdıqlarımı tanıdım artıq”,- deyə Şəbnəm Tovuzlu vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5217
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar