Elza Seyidcahan Xatun
11 fevral 2021 16:59 (UTC +04:00)

Elza Seyidcahan Xatun

"Məndə o əxlaq yoxdur" - Elzadan Xatuna AĞIR SÖZLƏR - VİDEO

Əməkdar artist Elza Seyidcahan qalmaqalda olduğu müğənni Xatun Əliyeva barədə danışıb.

Lent.az-ın məlumatına görə, “Birə-bir” verilişində küsülü olduğu həmkarı barədə bu sözləri deyib:

“Pandemiya vaxtıdır, insanlara bir az reklam lazımdır. Bizim həblərimiz hər zaman üstümüzdədir. Bizim dərmanlarımız gözəl musiqilərdi. Mən ona düzgün diaqnoz qoymuşam. Məndə o tərbiyə, o əxlaq yoxdur ki, başqa nəsə deyim”.   

Qeyd edək ki, E.Seyidcahan Lent.az-a müsahibəsində bu sözləri demişdi: “Xatun Əliyeva özü üçün repertuar yaradıb. Amma bünövrəsindən onun musiqi savadı olsaydı, daha yaxşı olardı. Ara müğənnilərin içində özünə görə çalışır. Xatun Musiqili Teatrda aktrisa kimi sənətkar olardı.  Amma belə sıradan müğənnidir”.

Elzanın bu sözlərindən sonra Xatun instaqram səhifəsində cavab vermişdi: “Öyrəndim ki, Elza bu verilişə gələndə dərmanlarını içməyibmiş. Ona görə də qatıb-qarışdırıb. Boş verin, Allah bu qadına yox yerdən şəfa versin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3801
avatar

Yalçın UĞUR

Oxşar yazılar