"Mən müğənni olanda bu sənətdə az adam var idi" -  Tacir
17 dekabr 2020 14:29 (UTC +04:00)

"Mən müğənni olanda bu sənətdə az adam var idi" - Tacir

1

Müğənni Tacir Şahmalıoğlu oğlu Şahmalının ifaçılığa başlamasından danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı "Birəbirə" verilişində bildirib ki, oğlunun müğənni olmasını istəməyib:

"Mən müğənni olanda bu sənətdə az adam var idi. Sənəti adiləşdiriblər. Oxuduğum hər şey tarixə düşürdü. Oxuya bilən də, bilməyən də çıxıb səhnəyə. Musiqini bilənlər var, onlara heç nə deyə bilmərəm. Müğənnilərin sayı o qədər çoxaldı ki, istəmirdim oğlum da oxusun.

Pandemiyadan əvvəl görürdüm ki, bu gedişlə musiqi çox ucuzlaşacaq. Bir vaxtlar bizim xalqımız müğənniyə həsrətlə baxırdı. Aylarla gözləyirdilər ki, haradasa müğənni görəcəklər. Amma indi elə deyil. Hamı əlçatandır.

Sonra gördüm ki, Şahmalının istedadı var, ona dəstək olmağa başladım".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2498

Oxşar yazılar