Mehmet Ali Erbilə 7 ildən çox  CƏZA   istənildi
03 fevral 2023 17:41 (UTC +04:00)

Mehmet Ali Erbilə 7 ildən çox CƏZA istənildi

Model Ece Ronaya qarşı qeyri-etik hərəkətlər etdiyi iddia edilən aparıcı, şoumen Mehmet Ali Erbilin növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, iki ittiham üzrə günahlandırılan Mehmetin yeddi il üç ay cəza çəkməsi istənilib. Lakin şikayətçinin iddianaməsindəki maddələrin əsassız olduğu və aparıcının bəraət aldığı məlum olub. 

Xatırladaq ki, klip çəkilişləri zamanı Mehmet Ali Erbil Eceyə guya “bu gecə yanınızda yatmaq istəyirəm” – tipli mesajlar yazıb. Şoumenin qeyri-etik mesajlar yazdığına və görüntülü zəng etdiyinə dair şikayətçi Ece Ronay onu məhkəməyə verib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2760
avatar

Nigar Namiq

Oxşar yazılar