Gənc sevgiləri ilə tez- tez gündəmdə olan Mehmet Ali Erbilin adı ən son özündən qırx yaş kiçik sevgilisi Gülseren Ceylanla anılıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Mehmet Ali Erbil özünü müğənni Seda Sayanla müqayisə edərək maraqlı açıqlama verib.
66 yaşlı Mehmet Əli Ərbil qatıldığı proqramlardan birində “Seda Sayanı nümunə götürürəm. Onun gənc sevgilisi və əri ola bildiyi kimi, mənim də gənc qızlarla münasibətlərim ola bilər” deyib.
Özündən qırx yaş kiçik sevgilisi Gülseren Ceylanla barışan komediya aktyoru “Evlənib uşaq sahibi olmaq istəyirəm. körpələr ailəmizə həyəcan qatacaq” deyib.