Dünyaca məşhur müğənni Maykl Ceksonun qızı tənqid atəşinə tutulub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onun qızı Paris Ceksonla bağlı təəccüblü məlumatlar ortaya çıxıb. 25 yaşlı müğənni və aktrisa Paris Cekson çərşənbə axşamı mərhum atası Maykl Ceksonun 65 yaşını qeyd etdiyi videonu paylaşarkən qoltuqaltı tükləri göründüyü üçün internetdə hədəfə alınıb.
Videoda estetik olmayan qoltuqaltı görünən Cekson illərdir türklərini təmizləməyi unutduğunu deyib. Ancaq bəzi internet istifadəçiləri hadisəyə məşhur kimi sakit yanaşmayıb. “İnstagram”da paylaşıma şərh yazan bəzi insanlar Ceksonu qoltuqaltı tüklərlə göründüyü üçün tənqid edib.