Müğənni Manaf Ağayev, Rəqsanə İsmayılova
25 may 2021 10:27 (UTC +04:00)

Müğənni Manaf Ağayev, Rəqsanə İsmayılova

Manafdan Rəqsanəyə CAVAB: "Gördüyümü heç vaxt görə bilməz" - VİDEO

Müğənni Manaf Ağayev həmkarı Rəqsanə İsmayılovanın fikirlərinə münasibət bildirib.

Lent.az-a açıqlama verən M.Ağayev R.İsmayılovanı tənqid edib: 

“Bu qadın söhbətidir, bu söhbətə qarışmaq istəmirəm. Mən Rəqsanənin xətrini dünyalar qədər istəyirəm, özü də bilir. Niyə? Çünki onda bir az kişi xasiyyəti var. Oxumağını da bəyənirəm. Amma o söhbət lazım deyildi. Hərə öz adıyla yaşayır. Sən özün öz çevrəni biabır edirsən. Sonra da o birilər deyir ki, oxuyanlar elədir, oxuyanlar belədir. Bunu edən kimdir? Özümüzük. O da qadındı, sən də. Görmüsən, özünü görməməzliyə vur. Mən də çox şey görürəm, indi deyim  ki, belədir? Mən  gördüyümü heç Rəqsanə həyatı boyu görə bilməz. Ona görə də hörmət eləmirlər. Elə düz edib hörmət etmirlər. Hər sahədə hər cür adam var. Elə şükürlüsü müğənnilərdir. Ona görə də hər kəs öz işiylə məşğul olsa yaxşıdır. 

Xatırladaq ki, R.İsmayılova Rusiyada toya gedən azərbaycanlı müğənnilər barəsində bu sözləri demişdi: “Pula görə özünüzü hörmətdən salmayın. Gəlmisiz məclis oxuyasınız, başqa hərəkətlər etməyə gəlməmisiniz. Sözüm kimədirsə, götürəcək. Üç-dörd gün əvvəl eşitdiyim sözə görə bunları deyirəm. Əgər yenə eşitsəm, həmin insanların adını açıqlayacam, deyəcəm, yiyələri gəlib onları buradan aparsın. Pulu sevməyin, hər zaman olacaq, ruzini Allah verəcək. Mən 10-15 il oxumasam, acından öləsi biri deyiləm. Bəlkə tək olsam gəlib kafedə oxuyardım, amma sizin oxuduğunuz kafelərə baxanda adam utanır.
 Pul üstündə bir-birilərini qırırlar. Bilirəm, hamınızın övladı, ailəsi, krediti var. Amma gəlin qazanın, ağılla-başla. Damağınızda siqaret, oturursuz kişilərin içində. Siqareti kişi çəkər. Mən də musiqiçilərlə çalışıram. Hamısını gəlib danışırlar. Yoldaşınıza kənardan kimsə baxıb ələ salmasın". 

Qeyd edək ki, M.Ağayevin digər açıqlamalarına aşağıdakı videoda baxa bilərsiniz. 

Müğənni Manaf Ağayev, Rəqsanə İsmayılova

# 58701
avatar

Yalçın UĞUR

Oxşar yazılar