Amerikalı müğənni Madonna övladlığa götürdüyü qızı Çifundonun ad günü münasibətilə ailəsinə qonaqlıq verib.
Lent.az xəbər verir ki, müğənni fotoları "Instagram" hesabında paylaşıb. Fotolarda ifaçının dörd övladlığa götürülmüş övladı - David Banda Ciccone-Richie, Chifundo Mercy James Ciccone və əkizləri Stella və Ester yer alıb.
Pop ulduz paylaşıma "Ad günün mübarək, Chifundo! Biz səni sevirik", - deyə, yazıb. Sənətçinin tərzi diqqətdən yayınmayıb. Yığıncağın dress-kodu qara rəng olub.
Qeyd edək ki, Çifundonun 17 yaşı tamam olub.