Rusiyalı müğənni Lolita Milyavskaya psixi problemləri olduğu üçün müalicə almasından danışıb.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, o, bir neçə həftə yuxu terapiyası aldığını, günlərlə yuxudan oyanmadığını bildirib.
“Bir neçə həftə psixi klinikada yuxu terapiyası keçdim, çünki bədənim tükənmişdi və zəifləmişdi. Bir anda tam emosional tükənmə hiss etdim. Həkimlər bunun anemiyaya və fiziki zəifliyə səbəb olduğunu söylədilər. “Psixiatr” sözündən qorxmaq əvəzinə, kömək istəmək və müalicə almağa qərar verdim. Bunu danışmaqdan utanmıram”,- deyə o bildirib.