Müğənni Ramal İsrafilov
31 may 2021 14:04 (UTC +04:00)

Müğənni Ramal İsrafilov

"Lazım olsa qaşımı, saçımı da düzəltdirərəm, silikon..." - Ramal İsrafilov

Müğənni Ramal İsrafilov estetik əməliyyat etdirən həmkarlarından danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı “MTV”yə bildirib ki, sənət yoldaşlarının bəziləri plastik müdaxilələr nəticəsində eybəcər olub:

“Mən də səhnədəyəm, saçımın qara olmasını istəyirəm, amma ağarır. İnsan baxımlı olmalıdır. Həddindən artıq özünü pis vəziyyətə qoymaq yaxşı deyil. Mən bu gün üzümü, boynumun arxasını təmizləyirəm, lazım olsa qaşımı, saçımı da düzəltdirərəm. Amma dodağımı şişirtmərəm, silikon əlavə etdirsəm, mən olmayacam.

Ona görə tamaşaçımız sevmir. Ya da elə bir ifaçımız olsun ki, dünyada tanınan, artıq bu belə qəbul edilib. Bir çoxu fenomen də olub. Hər kəs özünə görə cavab verəcək. Milləti qıcıqlandırmaq olmaz. Qıcıqlanan adam da baxmasın elə şeylərə. Biz artıq 21-ci əsrdə yaşayırıq, avropalaşırıq. Amma bu avropalaşmaq deyil. Hamı rahat yaşamaq istəyir. Əvvəl evdə ata, qardaş-bacı qınıyardı, indi birinə bir söz deyəndə, səni elə öldürər ki... Nə qardaş, nə də ata bir söz deyə bilir. İnsanların heç kimlə işi olmamalıdır. Həddi aşmaq yaxşı şey deyil. Qınamaq yaxşı deyil, sabah elə bir layihə olar ki, mənə deyərlər, sən bunu etməlisən. Bəyənilməyən bir şey olanda baxmıram, nə də söymürəm. Kiminsə eybini açarsan, sabah sənin də eybini açarlar, pisləyərlər. Onun ata və anasını təhqir etməməlisən. Bəlkə onun anası gözəl insandır. Övlad gedir özünü avropalaşdırır, onun anasını-atasını qınamaq və söymək olmaz”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3813
avatar

Yalçın UĞUR

Oxşar yazılar