“Kurtlar Vadisi” serialının yeni bölümləri ilə “Exxen” platformasında yayımlanacağı iddia edilib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tez bir zamanda gündəmə gələn iddia ilə bağlı prodüser şirkəti açıqlama yayıb:
“Xəbər və paylaşımlarda “Kurtlar Vadisi” serialının yeni bölümlərlə ekranlara dönəcəyi, aktyor heyəti və yayımlanacağı platformanın müəyyənləşdiyi barədə açıqlamalar var. Öncə qeyd etmək istərdik ki, xəbər və paylaşımlar həqiqəti əks etdirmir. Məsələ ilə bağlı aidiyyatı qurumlara xəbərdarlıq edilib.
"Kurtlar Vadisi" serialı ekranlara qayıdanda, aktyor heyəti və platforma ilə bağlı xəbərləri və prosesləri mənbədən öyrənmək üçün yalnız prodüser şirkətimiz və Necati Şaşmazın verdiyi açıqlamaları nəzərə almanızı xahiş edirik”.
Qeyd edək ki, Erhan Ufak, Serdar Akkaya, Erkan Sever, Hakan Boyav və Ayşegül Çınarın da aktyor heyətində yer alacağı iddia edilib.