Koronavirusa yoluxan Afaqın vəziyyəti ağırlaşdı
16 dekabr 2020 09:41 (UTC +04:00)

Koronavirusa yoluxan Afaqın vəziyyəti ağırlaşdı

2

Aparıcı Afaq Gəncəli koronovirusu ağır keçirdiyini deyib.

Lent.az xəbər verir ki, aparıcı bu barədə "10-da görüşək" verilişinə telefon zəngi ilə qoşulan zaman danışıb:

"Müalicəm davam edir. Özümü yaxşı hiss etmirəm. Bir gün yaxşı, bir gün pis oluram. Sümüklərim ağrıyır, hərarətim 34-35-ə düşür. Bir gün ancaq öskürdüm və boğuldum. Danışa bilmirdim, bir kəlmə deyəndə boğulurdum. Bilmirdim nəfəs alım, verim. Nəfəs almaq ritmi məndə pozulmuşdu. Çətin keçirirəm. Boğulma və can ağrısı olmasaydı, əla olardı. Yoluxandan on gün sonra xəstəlik məndə büruzə verib. Çox çətin xəstəlikdir, qolunu qaldırmağa halın olmur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 5847

Oxşar yazılar